• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni məktəbli formalarının qiymətləri dəyişəcəkmi? - Ekspert açıqlayır

Yeni məktəbli formalarının qiymətləri dəyişəcəkmi? - Ekspert açıqlayır
03.08.2023 18:10
2023-2024-cü tədris ilində ölkənin hər bir ümumtəhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib. 

"Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur", - müraciətdə bildirilib.

Təhsil eksperti Elçin Əfəndi Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı verdiyi qərara əsasən məktəbli formalarının qiymətləri ilə bağlı fikirlərini bildirib.  

"Keçən ilki məktəbli forması bu ilki formalara daxil deyil. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, 2023-2024-cü tədris ilində 4440-dan çox məktəb 4 məktəbli formasından birini seçməlidir. Yəni məktəb özünə uyğun forma seçməlidir və şagirdlər yalnız məktəblərinin seçdiyi formadan istifadə etməlidirlər. Ötən ilə aid formal isə, yeni qərar qəbul olunduğuna görə qüvvədən düşəcək. Çünkü ola bilsin ki, ötən ilki formalar bu ilki formaların rəngləri ilə eyni olmasın. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəblər özü konkret hansısa formanı seçir. İstisna halda ola bilər ki, əgər məktəb əvvəlki ilin məktəbli forması ilə eyni rəngdə formanı seçibsə, o zaman bu məktəb əvvəlki ilin formalarından istifadə edə bilərlər. Formaların qiymətlərində 3 ildir heç bir dəyişiklik olmayıb. Və hal-hazırda olan qiymətlər mən deyərdim ki, bütün valideynlər üçün əlçatandır. Məsələn bir neçə il bundan əvvəl 40 manat idi köynəklər 15 manat, şalvar və ətəklər isə 25 manatdır. Bu il qiymətlərdə bir artım gözləmirik. Dediyim kimi, əvvəlki illərdə qiymətlər artıq olsa da, indi daha uyğun qiymətlərə satılır məktəbli formaları”, - təhsil eksperti Elçin Əfəndi bildirib. 

O həmçinin deyib ki, əgər məktəb bu ilki məktəbli formasını əvvəlki ilin forması ilə eyni rəngdə seçməyibsə, o zaman şagirdlər təzə formadan istifadə etməli olacaq. 

"Əvvəla, 4 təzə məktəbli forması deyil, 1 məktəbli forması amma 4 fərqli rəngdə olacaq. Bütün məktəbli formaları, uzunqol və qısaqol köynəklər 15 manat, şalvar və ətəklər isə 25 manat olmaqla qiymətlər dəyişməyəcək və keçən ilki ilə eyni qalacaq. Keçən ilki formalar da bu ilki formalara daxil olacaq. Keçən il formalar az istehsal olunmuşdu, və qərar gec verilmişdi. Bu ildən amma bütün məktəb şagirdlərinin 1-ci sinifdən 11-ci sinifə kimi hamısı məktəbli formasını geyinməyə məcburidir. Sadəcə orada qərarda yazılıb ki, bir məktəb bir formanı geyinirsə, onu 3 il dalbadal geyinməlidir. Amma məktəblər görürsənki, keçən il bir formanı geyiniblər bu il başqasını geyinirlər. Bu da valideynlərin haqlı narazılığına səbəb olur”, - Bakı Tikiş Evinin direktoru Etibar Əzimov söyləyib.

Etibar Əzimov həmçinin deyib ki, hər il formaların dəyişməsi məsələsi valideynləri haqlı səbəblərdən narazı salır, ona görə də, qiymətlərdə bir dəyişiklik olmayacaq.
 
Məktəbli formaları şəhər və rayonlarda fəaliyyət göstərən satış məntəqələrindən əldə edilə bilər. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol