• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti ümumrespublika təmizlik aksiyaları keçirilib

Növbəti ümumrespublika təmizlik aksiyaları keçirilib
05.08.2023 21:30
Təmiz ölkəm aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyətləri orqanlarının, Gənclər və İdman Nazirliyinin regional bölmələrinin, yerli mənzil-kommunal təsərrüfat idarələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə dəniz sahillərində, çay və göl hövzələrində, meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, aksiyalar çərçivəsində Xəzər dənizinin Xaçmaz və Lənkəran sahilləri, Kür çayının Yevlax rayonundan, Qoşqarçayın Samux rayonundan, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsi, Astara, Ağstafa, Kürdəmir, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Gədəbəy və Qəbələ rayonlarının meşə əraziləri tullantılardan təmizlənib.

Aksiyalar zamanı ümumilikdə 10 tondan artıq məişət tullantısı, 300 metr sintetik tor ərazilərdən təmizlənərək yığışdırılıb. Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi ekoloji şüurun formalaşmasına dəstək olmaq, tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol