Qazaxıstandan Azərbaycana zəhərli maddə gətirilməsinin qarşısı alınıb

Qazaxıstandan Azərbaycana "Professor Gül" gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülüb.
Bu barədə Dövlət Gömrük Komitəsindən xəbər verilir.
Zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























