• $
  • €
  • ₽
  • ₺
  • £

X Blue istifadəçiləri şəxsi məlumatlarını İsrail şirkətinə göndərməli olacaqlar

X Blue istifadəçiləri şəxsi məlumatlarını İsrail şirkətinə göndərməli olacaqlar
21.08.2023 16:34
X sosial şəbəkə istifadəçiləri İsrailin doğrulama şirkətinə selfi və şəxsiyyət vəsiqələrinin məlumatlarını təqdim etməli olacaqlar. Bunun barədə  "PC Magazine”in hesabatında məlumat verilib.  

Doğrulama prosesi üçün tələb olunan istifadəçinin şəxsi məlumatları İsrailin AU10TIX şirkətinin proqram təminatı ilə işlənəcək və məlumatı 30 günə qədər saxlayacaq.

X bildirib ki, istifadəçinin profilindən toplanan məlumatlar "təhlükəsizlik üçün, o cümlədən şəxsiyyətin təqlidinin qarşısını almaq üçün" istifadə olunacaq.

Bir çox X istifadəçisi şirkətin işçilərinin İsrail kəşfiyyatl ilə əlaqələrini qeyd edərək, istifadəçi məlumatlarının saxlanması seçimindən narazı qalıb. Digərləri isə, keçmişdə bir çox məlumat sızdırılması olan şirkətə şəxsi məlumatlarını verməkdə narahatlığını bildiriblər.

Aylıq abunə haqları 2022-ci ilin noyabrında təsdiqlənmiş Twitter istifadəçilərinə artıq bu tətbiq olunmağa başladyıb. 

Aprelin 1-də Twitter, köhnə doğrulama proqramını və köhnə təsdiqlənmiş işarələri silməyə başlayacağını açıqladı.

Bu dəyişikliklər platformada özünü təqlid etməyin və yalan məlumat yayan hesablara yalan etibarın verilməsinin daha asan olacağı ilə bağlı qorxulara səbəb olub.

Buna cavab olaraq, platforma müvafiq olaraq təsdiqlənmiş təşkilatlar və hökumətlə əlaqəli hesablar tərəfindən istifadə edilən qızıl və boz işarələri təqdim etdi.

2023-cü ilin iyulunda Musk Twitter-i X olaraq rebrendinq edib.

Selfie və dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini tələb edən ən son X doğrulama prosesi şəxsiyyətə bənzəmə və saxtakarlığa qarşı əlavə təhlükəsizlik qatı əlavə etmək cəhdinin bir hissəsidir.

AU10TIX, 2002-ci ildə internetin inkişafı ilə "rəqəmsal məkanlar" kimi təsvir etdiyi sahələrə genişlənmədən əvvəl, 1980-90-cı illərdə hava limanları və sərhəd nəzarəti üçün autentifikasiya sistemlərinin həmçinin Uber, PayPal və Google autentifikasiya sistemlərinin yaradılmasına kömək edib.  
 
Rabia Hale Seferoğlu

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol