Ayxan İsrafilovun apellyasiya şikayəti təmin olunmayıb- Vəkil

Bakı Apellyasiya Məhkəməsində "Demokratiya 1918" Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə onun vəkili Fariz Namazlı bildirib.
Vəkilin sözlərinə görə, Ayxan israfilov barəsində həbs-qəti imkan tədbiri seçilib.
"Ayxan İsrafilov üçüncü qrup əlildir və onun himayəsində birinci qrup əlil anası var. Onun narkotik maddə ilə heç bir əlaqəsi yoxdur. Buna görə də barəsində həbs qəti imkan tədbirinin ləğv olunmasıni xahiş etdik. Qapalı iclas idi, ona görə də vəkillərin danışmaq imkanı yox idi. Səhhəti yaxşıdır",- vəkil vurğulayıb.
O, avqustun 11-də Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























