• $
  • €
  • ₽
  • ₺
  • £

7 yaşlı uşağı öldürməkdə ittiham olunan idmançının məhkəmə prosesi başlayıb

7 yaşlı uşağı öldürməkdə ittiham olunan idmançının məhkəmə prosesi başlayıb
24.08.2023 15:26
Aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətov bildirib.

Vəkilin sözlərinə görə, müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyib.

İş üzrə baxış sentyabrın 7-nə təyin edilib.

Həbs edilən idmançının vəkili Anar Qasımlı "Qafqazinfo"-ya  açıqlamasında müvəkkilinə verilmiş ittihamlara münasibət bildirib.
 
"Müdafiəçi ittihamlarla razı olmadıqlarını, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini deyib. Mehman Xəlilovun azyaşlını qəsdən öldürmək niyyəti olmayıb. Əməlindən peşmandır, amma özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilir. Mehman istintaqa hadisə barədə geniş ifadə verib. İfadəsində deyib ki, əgər qəsdən öldürmək niyyətim olsaydı, bunu idman zalında, kameraların altında niyə edirdim ki? Dediyinə görə, Fərid perspektivli uşaq olub, amma mütəmadi olaraq məşqlərdən yayınırmış. Onu peşəkar idmançı kimi yetişdirmək üçün də bir az təzyiq göstərib. Müvəkkilimin özünə də qəribə gəlir ki, azyaşlı uşağı niyə qəsdən öldürmək istəsin axı? Burada qəsdən öldürmə cinayətindən söhbət gedə bilməz”,- vəkil bildirib.
 
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə ağır ittihamlar verilməsinin əsas səbəblərindən biri sosial şəbəkələrdə ciddi təpki göstərilməsi olub.

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Aytac Zeynalova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol