• $
  • €
  • ₽
  • ₺
  • £

Binalarda enerji sərfinin hesablanması qaydası dəyişir – YENİ QƏRAR

Binalarda enerji sərfinin hesablanması qaydası dəyişir – YENİ QƏRAR
26.08.2023 15:57
Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu Qərara əsasən təkmilləşdirilmiş tikinti norma və qaydaları əsasında "Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etməlidir.

Qaydaya əsasən, binalarda enerji sərfinin hesablanması metodologiyası binaların enerji sərfiyyatına təsir edən və bu Normalarda qeyd olunan parametrləri nəzərdə tutur. Hesablama ilkin enerji resursları əsasında aparılır. Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:
– yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;
– tibb müəssisələri;
– təhsil müəssisələri;
– istehsalat binaları və anbarlar;
– inzibati təyinatlı binalar (ofislər);
– digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında bu Qaydada qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:
– binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;
– binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;
– binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;
– mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;
– daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;
– təbii və mexaniki havalandırma sistemləri;
– işıqlandırma (təbii və ya süni) sistemləri;
– binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;
– bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol