• $
  • €
  • ₽
  • ₺
  • £

Ehtiyatda olan əsgərlər təlimə çağırılır- Rəsmi açıqlama

Ehtiyatda olan əsgərlər təlimə çağırılır- Rəsmi açıqlama
29.08.2023 15:49
Azərbaycanda ehtiyatda olan əsgərlərə təlimlərdə iştirak etmək üçün bildirişlər göndərilir. Bu barədə anews.az-a  adının açıqlanmasının istəməyən şəxs məlumat verib.
 
"Mən 2021-ci ildə hərbi xidməti başa vurmuşam. Hazırda isə məni yenidən təlim adı ilə çağırırlar. Rayonda məndən başqa bir neçə nəfərə də bildiriş gəlib. Rayondakı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək, məsələni aydınlaşdırmağa çalışacam",- mənbə bildirib. 

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov anews.az-a açıqlamasında bildirdi ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatçılığa əsas yoxdur",-şöbə rəisi söyləyib. 
 
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də bu təlimlərə cəlb edilə bilər. 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol