Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin "Tbilisi prospekti” ölçü qovşağından qidalanan "Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























