"Haikui" qasırğasında xəsarət alanların sayı 136 çatıb

Tayvanda "Haikui” qasırğasının təsiri nəticəsində xəsarət alanların sayı 136 nəfərə çatıb. Bu barədə adanın daxili işlər departamenti məlumat yayıb.
Daha əvvəl 78 yaralının olduğu bildirilirdi , ölənlər barədə hələ də məlumat verilməyib. Departamentin hesabatında qeyd edilir ki, ən çox qurbanların sayı tayfunun mərkəzinin keçdiyi adanın cənub bölgələrində qeydə alınıb.
www.anews.az

Departamentin məlumatına görə, 7,8 min sakin təhlükəli ərazilərdən təxliyə edilib. Naqillərin qırılması səbəbindən 273,4 min ev təsərrüfatının enerji təchizatında fasilələr yaranıb, onlardan 7 min nəfəri işıqsız qalıb. Xilasedicilər dağlıq ərazidən, sahildən və digər təhlükəli ərazilərdən 7,9 min nəfəri təxliyə ediblər.
Gülnar
www.anews.az
Son xəbərlər 
Daha çox 