• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial durumu həssas olan ailələr üçün məkətəbli geyimlərinə güzəştlər olunmalıdır- DEPUTAT

Sosial durumu həssas olan ailələr üçün məkətəbli geyimlərinə güzəştlər olunmalıdır- DEPUTAT
13.09.2023 14:48
Sosial baxımdan durumu zəif olan ailələr uşaqlarına məktəbli formaları ala bilmirlər. Bu barədə Anews.az-a bir neçə valideyn tərəfindən müraciət daxil olub.
 
Onlar bildirirlər ki, məktəb rəhbərliyinə bununla bağlı müraciət etsələr də, məsələyə baxan yoxdur. 
 
Sentyabrın 9-da Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət edə bilərlər.
 
"Övladını məktəbə gətirən hər bir valideyn övladına forma və yaxud geyim almalıdır. Bu valideyinin öhdəliyidir. Sosial cəhətdən elə valideynlər var ki, bu formanı ala bilmirlər. Bu halda təbii ki, onlar müvafiq şəkildə məktəb direktorlarına, rayon təhsil şöbəsinə müraciət etsinlər. Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək edə bilər",- nazir bildirib.

Məsələ ilə bağlı Milli məclisin deputatı Etibar Əliyev anews.az-a açıqlamasında bildirib ki, birmənalı şəkildə kasıb ailələr üçün məkətbli geyimlərinə güzəştlər olunmalıdır. 
 
"Ümumiyyətlə məktəbli formalarından gəlir götürmək düzgün deyil. Neçə ildir bu prosesi Təhsil Nazirliyi nizamlaya bilmir. Məktəbli məktəbə əlbətdəki məktəbli formasında gəlməlidir. Bu dünyanin hər  bir ölkəsində var. Təkcə bizdə belə deyil. Məktəbli, küçədə, dərsdə seçilməlidir. Bu məktəbdə geyim ayrı-seçkiliyini aradan qaldırır. Digər tərəfdən tikiş fabrikləri ilə Təhsil Nazirliyi danışıqlar aparmalıdır. Əgər tikiş fabriki bunu çatdıra bilmirsə, başqa sifariş yollarını tapmaq lazımdır ki, məktəbli formaları ilə məktəblilər təmin olunsunlar. Birmənalı şəkildə kasıb ailələr üçün güzəştlər olmalıdır.  Nazirlik bu məsələni araşdırmalıdır. Tikiş fabrikləri ilə müqavilələr bağlanmalıdır. Yaxud məktəbli formalarını ikiqat ucuzlaşdırmaqla bu məsələni təmin etmək olar. Kənardan baxanda geyim məktəb mədəniyyətidir. Bu mədəniyyət Təhsil Nazirliyi üçündə maraqlı olmalıdır. Yəni konkret olaraq, vaxt az qalıb. Bəzi tikiş fabrikləri ilə danışmaq lazımdır. Əgər geyimlər vahid tikiş fabrikinda satılırsa, güzəştli formada, ucuz şəkildə məktəblilərə verməlidirlər. Bu məsələdə problem yaranmamalıdır. Fərqli geyimlər məktəbdə harmoniyanı pozur. Nazirlik hər hansı vəsait hesabına bunu qarşılamalıdırlar",- deputat vurğulayıb.

2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində 484,7 min uşaq təhsil alacaq.

46,2 min uşağın I sinfə gedəcəyi, 38 minə yaxınının IX, 26,9 minin X, 25,6 min nəfərin isə XI sinfə gedəcəyi proqnozlaşdırılır. İxtisaslaşdırılmış XII sinif üzrə 168 nəfər təhsil alacaq.

Yeni tədris ilində 90 minə yaxın uşağın məktəblərdə hazırlıq qruplarında təhsil alacağı gözlənilir.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol