• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Telekom” MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

“Azercell Telekom” MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir
21.09.2023 18:05
Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğində təyin etdi

Gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan "Tələbə Təqaüdü Proqramı” çərçivəsində bu il də tələbə adını qazanmış şəhid övladları və həyat yoldaşları üçün təqaüd təqdim olunacaq. Ali təhsil ocağına daxil olmuş daha 5 abituriyent təhsil müddətinin sonunadək hər təhsil ayı üçün təqaüd alacaq. Qeyd edək ki, mobil operator təqaüdü 400 AZN məbləğində təyin edib. Tələbələr aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək, şirkətdə təcrübə keçmək şansı əldə edəcəklər.

Qeyd edək ki, Azercell daima şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayır, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Mobil operator şəhid ailəsini himayəyə götürüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borclarını ləğv edib. "Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edərkən şəhidlik zirvəsinə ucalan hərbçilərimizin övladları üçün psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Şirkət Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə "Veteran tarifi” təqdim edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol