Naxçıvan DİN uşaq oğurluğu halları ilə bağlı məlumatlara münasibət bildirib

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
"Report"un yerli bürosunun sorğusuna cavab olaraq, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.
"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























