• $
  • €
  • ₽
  • ₺
  • £

İbtidai sinif üzrə 249 vakant yeri tutulub - Nazirlik

İbtidai sinif üzrə 249 vakant yeri tutulub - Nazirlik
25.09.2023 12:28
Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan ibtidai sinif müəllimliyi üzrə 249 vakant yeri namizədlər tərəfindən tutulub. Bu barədə nazirlikdən məlumat verilib. 
 
"Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz ki, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib. 443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir", - qurumun açıqlamasında deyilir. 

Avqustda Elm və Təhsil Nazirliyinin ibtidai sinif müəllmləri üçün nəzərdə tutulan sertfikasiya imtahanında ikinci dəfə iştirak edib keçid balını toplaya bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. 
 
Bildirilib ki, ötən il imtahandan keçə bilməyən 606 müəllim ikinci dəfə imtahanda iştirak etsə də minumum keçid balını toplamayıb, 137 nəfər isə imtahaa gəlməyib. 

Ümumilikdə cari il 1939 müəllim sertfikasiya imtahanına qoşulub və onlardan 1 334 nəfəri keçid balını toplaya bilib. 

İyunun 20-dən başlayaraq ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 
 
Sertfikasiya 23 imtahan mərkəzində keçirilib. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunub. 
 
Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
 
İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.
 
Gülnar 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol