• $
  • €
  • ₽
  • ₺
  • £

SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!

SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!
02.10.2023 12:54
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza-nın təqdim etdiyi yeni biometrik imzalama funksionallığı ilə artıq imza sahibinin adından başqa bir şəxsin sənəd imzalamasının qarşısı alınacaq.

Belə ki, yeni funksionallığın tətbiqi ilə imzalama zamanı mobil telefonun ekranında PİN kod yığıldıqdan sonra təkrar təsdiqləmə üçün biometrik eyniləşdirmə aparılacaq. İmza edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı SİMA İmzanın xüsusi süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdiriləcək.

Bu zaman şəxsin üz cizgiləri vasitəsilə biometrik eyniliyi və canlılığı yoxlanılacaq. Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanmış olacaq. Bütün bu proses cəmi bir neçə saniyə ərzində baş tutacaq.

Nəzərə çatdıraq ki, bu yenilik əsasən elektron imzalardan sui-istifadə hallarının qarşısının alınması məqsədilə tətbiq olunub. Belə ki, son vaxtlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı (əsasən maliyyə cinayətləri üzrə) kritik sənədlərin imzalanmasında saxtalaşdırma hallarına tez-tez rast gəlindiyi aşkarlanıb.

Bununla bağlı bir müddət əvvəl Dövlət Vergi Xidməti də rəsmi açıqlama yayaraq vətəndaşları məlumatlandırıb.

Bənzər situasiyalar elektron imza tətbiq olunan digər sahələrdə (dövlət xidmətləri, bank, sığorta, elektron gömrük və s.) də baş verə bilər. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə dövlət qurumları və özəl müəssisələrin SİMA İmzanın biometrik imzalama həllindən istifadə etməsi tövsiyə olunur. Belə ki, SİMA İmza ilə inteqrasiya edən tərəfdaşlar üztanıma vasitəsilə aparılan təsdiq sayəsində sui-istifadə hallarını aradan qaldıracaq.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidməti və "AzInTelecom”un apardığı birgə əməkdaşlıq çərçivəsində SİMA İmza-nın e-taxes.gov.az portalına inteqrasiya prosesi yekunlaşmaq üzrədir.

Portalda SİMA İmza ilə giriş və imzalama xidməti istifadəyə verildikdən     sonra qeyd edilən neqativ halların minimuma endirilməsi proqnozlaşdırılır.
SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Bu imkandan faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol