Mehriban Vəliyeva yeni vəzifəyə təyin edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.
Bu barədə müvafiq əmr imzalanıb.
Daha bir əmrlə Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.
Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.
Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























