• $
  • €
  • ₽
  • ₺
  • £

HƏMAS qondarma Qarabağ Respublikasının rəhbərlərini İsrail generalı kimi qələmə verib

HƏMAS qondarma Qarabağ Respublikasının rəhbərlərini İsrail generalı kimi qələmə verib
10.10.2023 21:31
Bir neçə HƏMAS tərəfdarı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək Bakıya gətirilən  Qarabağ separatçılarının liderlərini "HƏMAS yaraqlıları tərəfindən əsir götürülmüş israil generallar” adlandırıb. Bu barədə Hindistanın "Boomlive.in” fakt-yoxlama saytı məlumat yayıb.
 
X sosial şəbəkəsində (Twitter) "Hərim Şah” və "Ab Xan” adlı istifadəçilər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilmiş keçmiş "DQR” prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın, həmçinin separatçıların "parlament rəhbəri"  David İşxanyanın fotolarını paylaşaraq  bunların yüksək rütbəli İsrail generalları olduğunu və onları əsir götürdüklərini qeyd ediblər.

Bu yazılar X sosial şəbəkəsində (keçmiş Twitter) sürətlə yayılıb.
 


Boomlive.in saytı bu fotoları internetdə araşdırıb və müəyyən edib ki, onlar əslində Qarabağ separatçılarının liderlərinin həbsini əks etdirən videodan götürülüb.

Oktyabrın 7-də İsrailə qəfil hücum zamanı HƏMAS silahlıları çoxlu sayda mülki vətəndaşı və əsgəri girov götürüb. Onların arasında yüksək rütbəli zabitlər də var.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol