Təyyarə qiymətləri əhalinin gəlirləri ilə tərs mütənasibdir - Deputat

Azərbaycanda təyyarə qiymətləri çox bahadır və bu əhalinin gəlirlərinə tərs mütanasibdir. Bunu deputat Vahid Əhmədov deyib.
"Bizdə qiymətlər yüksəkdir. Türkiyədə və digər ölkələrdə uçuşlardan istifaə etmişəm. Deyirlər qiymətlər bizdə normaldır. Bununla razılaşmıram. Qiymətlər əhalinin gəlirləri ilə tərs mütənasibdir. Aviasiyanın kifayət qədər gəlirləri var. Xalq tərəfindən hər dəfə bizə qiymətlərlə bağlı suallar gəlir. Bu məsələni diqqətdə saxlamaq lazımdır”, - deputat oktyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az

Əhmədov Naxçıvana biletlərin az olmasından gileylənərək bildirib ki, əgər samalyotların sayı azdırsa bunu mütləq şəkildə artırmaq lazımdır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deputata cavab olaraq bildirib ki, hazırda Naxçıvan istiqamətində bilet alınması ilə bağlı hər hansı problem yoxdur.
"Bu problemlər əvvəl olub. Hazırda Naxçıvana online bilet satışı var. Vətəndaşları da online bilet almağa çağırırıq. Bəzən vasitəçilər ilə birbaşa bilet almağa gedirlər və problem ortaya çıxır. Naxçıvana elə vaxt olub ki, bilet satışından asılı olaraq gündəlik 2 reys uçuşu 14 gedişlə tamamlamışıq", - nazir müavini vurğulayıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 