Ağdərə bir neçə nəfərin şəxsi iddiası ilə ləğv olunub - Elman Məmmədov

Ağdərə 32 il bundan qabaq bir neçə nəfərin şəxsi iddiası əsasında ləğv olunub. Bunu deputat Elman Məmmədov deyib.
Deputat vurğulayıb ki, mərhum president Heydər Əliyevin hakimiyyəti dövründə Ağdərənin yaradılması təklif edib.
"Prezidentin Parlamentə göndərdiyi bu qanun layihəsi Ağdərə sakinləri üçün çox yaxşı xəbər olacaq. Mən daha əvvəl də Milli Məclisdə bir neçə dəfə Ağdərənin bərpa olunması ilə bağlı təkliflər etmişəm. Demək ki, bu gün bərpa olunması daha çox məqsədəuyğun imiş”, - deputat qeyd edib.
Ağdərə 2023-cü sentyabrın 19-da Qarabağda keçirlən lokal antierror zamanı Azərbaycanın nəzarətinə keçib. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərədə Azərbaycan Bayrağını qaldırıb.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























