MSK sabah növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı toplaşacaq

Sabah - dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Report məlumat verib.
İclasda növbədənkənar prezident seçkilərinin məsələsinə baxılacaq.
Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Hələlik prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyi təsdiq olunub.
Namizədliyini verən digər şəxslərin siyahısı hələlik məlum deyil.
Bundan əvvəl Azərbaycanda preizdent seçkiləri 2018-ci ildə keçirilib.
2003-cü ildən sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərinin qalibi İlham Əliyev olur.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























