• $
  • €
  • ₽
  • ₺
  • £

Son 5 ildə ana və uşaq ölümlərinin sayı azalıb

Son 5 ildə ana və uşaq ölümlərinin sayı azalıb
20.12.2023 12:29
2022-ci ildə 18 ana, 959 uşaq ölüb ki, bu da 2019-cu illə müqayisədə 3 ana, 598 uşaq azdır. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

"Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb. Əgər  ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, 1 yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 ana və 959 uşaq olub. Ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün  tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə Komissiyalar yaradılıb.  Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub”, - icraçı direktor qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.
 
Son doqquz ildə isə ana ölümü səviyyəsi 14,4%-dən 17,8% qədər artıb.
 
Azərbaycanda Səhiyyə Nazirliyinin hesabatına görə, 2016-2021-ci illər arasında ana ölümlərinin sayı 121 nəfər təşkil edib. 2016-ci illə müqayisdə ana ölümlərinin səviyyəsi 13.8-dən 17.8 qədər artıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür. 
 
2020-ci ildə dünyada  təxminən 287 min ana ölümü baş verib. 

Ən yüksək  ana ölüm göstəriciləri dünyanın ən yoxsul ərazilərində və münaqişəli ölkələrdə baş verir. 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Saharadan cənubda Afrikada baş verib. 
 
BMT Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir, əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.

Aygün Mirakif

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol