Bakı-Sumqayıt yolunda ağır yol qəzası olub, 8 nəfər xəsarət alıb

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" un yerli bürosu məlumat verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib.
"Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub.
Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























