• $
  • €
  • ₽
  • ₺
  • £

Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək - Dövlət Komitəsi

Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək - Dövlət Komitəsi
26.12.2023 18:06
Dekabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb.

Komitədən  verilən xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünün başlandığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının və məşğulluğunun təmin edilməsinə imkan yaratdığı diqqətə çatdırılıb.

Tezliklə Xocalı və Şuşa sakinlərinin də, beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının başlanacağı qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məskunlaşdırılacaq əhali üçün əlverişli yaşayış şəraitinin yaradılmasını şəxsən nəzarətdə saxlayır. Dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri ənənəvi xarakter daşıyır və həmin ərazilərin tezliklə dirçəldilməsinə, tikinti-abadlıq işlərinin sürətləndirilməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, bu günədək 4500-dən çox məcburi köçkün doğma yurda qayıdıb. Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək.

Xocalı və Şuşaya qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa olunmasına görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrin mənsublarına minnətdarlıq bildirib, xalqın haqq işi uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyiblər.

Dövlət Komitəsinin sədri, həmçinin, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini də dinləyib, suallarını cavablandırıb. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol