• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb

Bu il Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb
27.12.2023 11:56
Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan və Dünya Turizm bələdçiləri federasiyalarının üzvü Natiq Paşayev söyləyib.
 
O bildirib ki, 2023-cü ildə Naxçıvana 2 mindən çox əcnəbi turist gəlib. Gələn turistlərin əsas hissəsini Avropa ölkələrindən gələnlər təşkil edib.
 
"Naxçıvana təkcə Azərbaycanın digər bölgələrindən gələnlər deyil, başqa ölkələrdən gələn vətəndaşların sayı da artıb. Bu il paytaxdan və ölkəmizin digər bölgələrindən təkcə bizim şirkətin xətti 10 mindən çox insan məhz turist kimi səfər edib. Gələn turistlərin əsas hissəsini Avropa ölkələrindən gələnlər təşkil edib. Ümumilikdə isə 30 min nəfər yerli sakin Naxçıvana səfər edib",- Natiq Paşayev Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı zamanı deyib.
 
2023- cü ilin 11 ayında Azərbaycana 1 milyon 893 mindən çox turist gəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
 
Cari ildə ən çox turist 3 Asiya ölkəsindən gəlib. Belə ki, Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb.
 
Aytac Zeynalova
 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol