14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb

2023-cü ilin 11 ayında 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib. Bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.
"İttiham tərəfi olaraq, prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir. Əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur",- Heydər Məmmədov 28 dekabr "Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı çıxış edib.
Aytac
www.anews.az
Son xəbərlər 
Daha çox 























