Göyçayda qanunsuz torpaq daşıyan şəxs məsuliyyətə cəlb olunub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində "KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























