Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində iki keçid məntəqəsi yenidənqurmadan sonra açılıb

Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəddə iki avtomobil keçid məntəqəsi yenidənqurmadan sonra açılıb.
Bu barədə dekabrın 29-da Rusiya Nəqliyyat Nazirliyi "Telegram”da məlumat yayıb.
O qeyd edib ki, yenidənqurmadan sonra Yuxarı Lars sərhəd keçidində zolaqların sayı 15-dən 39-a, Yaraq-Qazmalarda isə 14-dən 22-yə yüksəldilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























