• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın 16 ildə Bakıda tramvay və metrobus yolları salınacaq

Yaxın 16 ildə Bakıda tramvay və metrobus yolları salınacaq
08.01.2024 12:23
2040-ci ilə qədər Bakıda metrobus və tramvay-elektrik qatarı nəqliyyat yolları salınacaq. Bu barədə Bakının 2040-ci ilə aid Baş Planında qeyd olunub.
 
Planda ictimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılmasının yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola biləcəyi vurğulanıb.

Habelə 2027-ci ilə qədər Tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi planlaşdırılır.

Bununla da Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi, mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması, Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi, "Ağ şəhər” və "Port Baku” ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi, "Ağ şəhər” bulvarı xəttinin yaradılması, Mərkəzi "Ağ şəhər” xəttinin salınması, Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı, Binəqədi dəmir yolu əlaqəsinin təmin edilməsi və bunun vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması həyata keçirilməsi həyata keçiriləcək.

2040-ci ilə qədər isə Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması hədəflənib.

Tramvay nəqliyyatı ilə 2027-ci ildə illik 45 milyon 300, gündəlik orta hesabla 124 min 200 səfərin, 2024-cı ildə isə illik orta hesabla 121 milyon 300, gündəlik 332 min 350 səfərin edilməsi nəzərdə tutulur. Şəbəkənin bir kilometrinə düşən səfərlərin sayı 2,22 milyon sərnişin təşkil edəcək. Avropa Birliyinin yeni üzv ölkələrinin 2012-ci il göstəriciləri ilə müqayisədə şəbəkənin bir kilometrinə düşən səfərlərin sayı 1,97 milyon sərnişin təşkil edir. 
 
Bakıda ilk dəfə 1903-cü ildə Şəhər Dumasına elektrik-tramvay xətlərinin salınması ilə bağlı təklif gəlib. 20 il sonra, 1922-ci ildə Bakı Soveti bu layihəni reallaşdırıb və tramvay xətlərinin tikintisinə başlanıb. 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verilib.
 
1925–1926-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyıb.
 
Tramvay xətti 2004-cü ildə bağlanıb.  

2012-ci ilin fevralında Azərbaycan Hökuməti Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb, lakin tramvayın Bakının əsas yol qovşaqlarını əhatə etməsinin gözlənilmədiyi bildirilib.
 
Aygün Mirakif

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol