Bir həftədə vətəndaşlardan götürülən qanunsuz silahların sayı açıqlanıb

Yeni ilin ilk həftəsində vətəndaşlardan ümumilikdə müxtəlif markalı 10 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd qumbara, 2 alışdırıcı, 11 ədəd patron darağı, 59 ədəd müxtəlif markalı tüfəng və 551 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən bildrilib.
"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir",- məlumatda qeyd olunub.
2023-cu ilin 10 ayında 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Ötən ilin noyabrında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı xalqa çağırış edib.
Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik",-DİN-dən bildirilib.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























