• $
  • €
  • ₽
  • ₺
  • £

Valideyn 6 nömrəli məktəbdə zorlama halının olduğunu iddia, məktəb isə təkzib edir

Valideyn 6 nömrəli məktəbdə zorlama halının olduğunu iddia, məktəb isə  təkzib edir
22.01.2024 17:21
Bakı şəhər 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən cinsi seksual hərəkətlərə təhrik edildiyi bildirilir.  Bu barədə Tribunainfo.az  saytı uşağın valideyninin sözlərinə istinadən xəbər yazıb. Məktəbin direktoru isə Anews.az-a məsələnin araşdırıldığını və təsdiq edilmədiyini söyləyib. 
    
Tribunainfo.az-ın yazdığına görə, valideyn şikayətində uşağına qarşı seksual hərəkətlər edən 7-ci sinif şagirdləri onu çəkdikləri video görüntüləri yaymaqla hədələyib.
 
"Yanvarın 9-da övladımda ürək bulantısı, qusma və digər qəribə hallar  müşahidə etdik.  Tualetə saatlarla getmək istəmir, aqressivlik göstərir, özünü ora bura çırpırdı. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdır bu durumdasan, səni kimi qorxudub? kimi suallar verdim. soruşdum. Demək, hadisə tualetdə baş verdiyinə görə, uşağın da qorxusu məhz tualetdən olub. Bundan sonra   tədris hissəsinin azyaşlılara baxan müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları göstərdi",  -  valideyn bildirib.
 
Həmin anın videosunun çəkiıdiyini bildirən ikinci sinif şagirdinin valideyni deyib ki, uşaq ona qarşı edilən seksual hərəkətin detallarını da açıqlayıb.
 
"Bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi”,  -  təcavüzə məruz qaldığını deyən məktəbli bildirib. 
 
Valideynin sözlərinə görə, təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər olub. 
 
"O vaxt uşaqdan soruşanda deyirmiş ki, harasa dəyib.   Sən demə uşağı qorxudublar ki, "bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. ona buldiriblər ki, bloqerdilər və izləyiciləri çoxdur. Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş. Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, "biz bu hərəkəti etmişik”. Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz”,  - valideyn əlavə edib. 

Onun sözlərinə görə,  hadisə ilə bağlı məktəbin direktoruna məlumat veriib və məktəb Səbail rayon 9-cu polis bölməsinə məlumat verib. Polis əməkdaşları  əvvəlcə  təcavüzə məruz qalındığı bildirilən uşağı, daha sonra  təcavüz etdikləri iddia olunan digər 4 nəfər  7- ci sinif şagirdlərini dindirib.
 
Bu zaman hadisənin  dəfələrlə təkrarlandığı  bilinib.
 
"Daha sonra məni polis orqanlarının yüksək rütbəliləri qəbul etdi və bu hadisəni olduğu kimi danışdıq. Uşağın hazırki durumunu da orada izah etdim.
Övladımı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə apardıq. Orada da həkimlər uşağın vəziyyətinin bərbad olduğunu dedilər və bununla bağlı arayış verdilər.  Mən 7 ildən sonra 1 uşaq dünyaya gətirdim. Ailəlikcə hamımız bu uşağın üstündə əsirik.  İndi düşdüyümüz vəziyyətə baxın. Uşaq qəti şəkildə məktəbə getmək istəmir. Sağlamlıqla bağlı isə danışmağa dəyməz. Hadisə ilə bağlı bütün aidiyyatı qurumlara və ölkə rəhbərliyinə müraciət edilib ki, həmin o 4 şagird  məktəbdən uzaqlaşdırılsın. Düzdü, məktəbin direktoru  hadisəni biləndən sonra bizə söz verib ki, həmin uşaqları məktəbdən uzaqlaşdıracaq, amma nədənsə bu günə qədər heç bir tədbir görülmür”, - valideyn şikayətində qeyd edib.

Məsələ ilə bağlı 2-ci sinif şagirdinin valideynindən açıqlama almağa çalışsaq da, o bizə 30 dəqiqə sonra zəng edərsiniz söyləyib telefonu söndürdü, daha sonra isə bu barədə danışmaq istəmədiyini, şəkərinin qalxdığını bildirdi.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə  Ələqələr şöbəsinin əməkdaşı Nurlan Əliyev anews.az-ın sorğusuna cavabında bildirib ki, məsələ ilə bağlı hazırda Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırıma aparılır.
 
"Təfərrüatlar istintaqla müəyyən olunacaqdır. Bütün xüsusatlar araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”, - cavabda qeyd olunub.
 
Məsələ ilə bağlı, Tofiq İsmaylov adına  6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova anews.az-a bildirib ki, məktəbdəki bütün kameralara baxılıb və bu hadisə öz təsdiqini tapmayıb.
 
"Bizə daxil olan şikayətə əsasən valideynlərin iştirakı ilə mən polisə müraciət etdim. Araşdırma aparılıb. Ötən il noyabrın 23-dən  bu ilin yanvarın 10-a qədər bütün kameralara valideynlər tərəfindən baxılıb. Mən özüm onlara şərait yaratdım ki,  göstərilməyib, ört basdır edilməyib deyən olmasın.  Heç nə kameralarda görülməyib. Ayaqyolu otaqlarının giriş hissəsinə qoyulan  kameralara da baxılıb.  Tualetin içində hadisə baş versə idi uşaqların tualetə girişi öz əksini tapmalı idi.  Heç bir görüntüdə onların bir yerdə daxil olması ilə bağlı görüntü  yoxdur”, - direktor deyib.
 
Orucova qeyd edib ki, 2-ci sinif şagirdinə sadəcə internetdə belə video görüntülər göstərilib və o  bu kimi hərəkətlərin ona qarşı edildiyini xəyal edib.
 
" O uşağa video göstərilib. Uşaq sanki videonu öz üzərində yaşayıb. Həmin 7-ci sinif uşaqları ilə birlikdə dərs sonunda valideynlərin gözləyəndə o uşaqlar baxıb, həmin uşaq da görüb. Amma bunlar hər biri yalnız fərziyyədir. Heç bir yerdə bu öz təsdiqini tapmayıb. Valideyn deyib ki, uşaq mənə deməyib amma, psixoloqa danışanda bildirib ki, mən bunları görmüşəm və xəyal edirəm.  Bizim öz psixoloqlarımız ilə uşağın danışmasına icazə verilmədi. Biz təşkil edirdik ki, valideyn iştirakı ilə də uşaq məktəb psixoloqu tərəfindən danışdırılsın. 2-ci sinif şagirdinin valideynləri buna icazə vermədi. Biz də məcbur etmədik", - direktor vurğulayıb.
 
Direktorun sözlərinə görə, hadisəni törətdiyi bildirilən 7-ci sinif şagirdi  məktəbdən kənarlaşdırılıb.  
 
"7-ci sinif şagirdinin məktəbdən kənarlaşdırılmasını mən istədim. Əslində o istəmirdi. Deyirdi ki, günahım yoxdursa, mən niyə gedirəm? O özü də yaxşı oxuyan uşaqdır. Bu söz-söhbətlərə görə, xahiş elədim ki, bəlkə gedəsiniz? O həm də idmançıdır. Adamı Allah şərdən qorusun. Mən görün bu gün əlimdə hər məlumat olmasına baxmayaraq özümü müdafiə edə bilirəm? Ona görə dedim ki, gedin söz-söhbət olmasın. Amma o bildirib ki, belədirsə, mənim getməyim günahkar olmağım  deməkdir. Odur ki, şagird geri qayıdacaq”, - direktor əlavə edib.
 
 
Aygün Mirakif
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol