• $
  • €
  • ₽
  • ₺
  • £

“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yeni mövsümdə davam edir

“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yeni mövsümdə davam edir
14.02.2024 13:42
Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru "Azərlotereya” ASC-nin "Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına (PİL) sponsorluğunu davam etdirir. 

İllərdir həyata keçirilən PİL artıq 2 mövsüm ərzində "Misli”nin dəstəyi ilə davam edir. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.

Bu il turnirə fevral ayının 11-dən start verilib. Yaz və payız mövsümünü əhatə edəcək layihə müddətində 22 oyunun keçirilməsi planlaşdırılıb. Hər həftə sonu keçirilən oyunlarda yalnız 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Həftəlik olaraq 60-70 nəfər intellektual oyunlarda bir-biri ilə mübarizə aparır. Layihənin dekabr ayının sonuna kimi davam etməsi nəzərdə tutulub. 10 turluq mövsümün sonunda qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunacaq.

"Azərlotereya” ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir. Şirkət bundan sonra da elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən belə tədbirlərə dəstək olmağa davam edəcək. 








Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən "Azərlotereya”nın bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.  Bu yolda görülən işlərdən biri də "Azərlotereya” ilə "Sabah” futbol və basketbol, eləcə də "Mingəçevir” Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol