• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!
16.02.2024 15:37
Yenilənmiş "Azercell Biznes”  ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator "Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.

Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, artıq görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda "TalkBack”, iPhone-larda isə "VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir. 

Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən "Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:

- Mükəmməl istifadəçi təcrübəsi üçün "Qaranlıq rejim”dən yararlanmaq imkanı;

- Ödəniş tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

- Hədiyyə qismində göndərilən balans ("Paycell”) tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

- Zənglərin yönləndirilməsi xidmətindən yararlanmaq imkanı;

- "Gizlicell”/”Gizlətcell” xidmətlərindən yararlanmaq imkanı;

- Bildirişləri aktiv etmək və idarə etmək imkanı – tətbiq çərçivəsində daxil olan bildirişləri silmək, "oxunmuş” kimi işarələmək, bildirişləri aktiv/deaktiv etmək və s. mümkündür;

- Korporativ nömrələrdə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün tələb olunan məktub nümunələrinin yüklənilməsi imkanı;

- Rəqəmsal jurnal vasitəsilə xüsusi təkliflər, ən son yeniliklər barədə daima xəbərdar olmaq, məlumatları birbaşa tətbiqdən digərləri ilə paylaşmaq və yükləmək imkanı;

- Tətbiqin "Kömək və dəstək” bölümündə "Tez-tez verilən suallar”a cavablarla tanış olmaq, korporativ abunəçilər üçün ayrılmış xüsusi dəstək bölümü və onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı. 

Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.

Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən "Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla "AppStore", "Google Play"  və "AppGallery"dən yükləmək mümkündür. 

Tətbiqin bütün funksiyaları ilə Azercell Biznes səhifəsinə keçid edərək tanış ola bilərsiniz. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol