• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayon ictimaiyyəti 8 mart Beynəlxalq qadınlar gününü qeyd edib

Yasamal rayon ictimaiyyəti 8 mart Beynəlxalq qadınlar gününü qeyd edib
09.03.2024 11:24
8 mart Beynəlxalq qadınlar günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətində rayonun xanım fəallarının toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 8 mart Beynəlxalq qadınlar gününün tarixindən və müasir dünyada qadınların rolundan bəhs edib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib. İcra başçısı xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzulayıb. İcra Hakimiyyətinin başçısı xanımların Azərbaycan cəmiyyətində oynadığı rola toxunub və qeyd edib ki, onlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

Dövlət qadın siyasətinin həyata keçirilməsində isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir. Bu gün azad edilmiş torpaqlarımızda Mehriban xanımın təşəbbüsü ilə tarixi, dini və mədəni abidlərimiz bərpa edilir.

Öz çıxışında Elşad Həsənov şəhid anaları və şəhid həyat yoldaşlarına üz tutaraq qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu qələbəyə məhz şəhid anaları  sayəsində nail olduq, çünki o cəsur ogulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər. Bildirilib ki, bizim şəhid və qaziləri məhz analar vətənpərvər ruhda böyüdüb. Şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən səmimi arzular çatdırılıb.

Sonda qeyd olunub ki, müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.
Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müasir həyatımızda qadınların oynadığı mühüm roldan söz açıb. Öz növbəsində şəhid anası Başxanım Abbasova qadınların müasir cəmiyyətdə mövqeyindən, onların milli-mənəvi dəyərlərin qorunmasındakı əvəzsiz rolundan danışdı. Başxanım Abbasova şəhid ailələrinə diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Tədbirdə şəhid anaları, şəhid xanımları və ailə üzvləri ilə yanaşı, həmçinin pedaqoji və tibbi sahəni, habelə dövlət idarəetməni təmsil edən xanımlar iştirak edib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol