Azərbaycan telekanalları yeni TV standartına keçəcək

Martın 16-sı saat 01.00-dan etibarən Bakı və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək. Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























