Deputat İrana səsləndi: Gözünüz ancaq Azərbaycanı görür?/VİDEO

Azərbaycan İranla münasibətlərini nə qədər yaxşılaşdırmaq istəsə də, İran istiqamətini dəyişir. Bunu deputat Siyavuş Novruzov deyib.
"İran parlamentində hansısa deputat deyir ki, İsrailin Azərbaycandakı səfirliyini vurmaq lazımdır. İsrailin dünyada 150-dən çox səfirliyi var. Gözünüz Azərbaycanı görür? Azərbaycanlılar buna imkan verərmi? İranla nə qədər münasibətləri yaxşılaşdırmaq istəsək də, bunlar fikirlərini ayrı istiqamətə aparır”, - deputat aprelin 5-də Milli Məclisdə çıxışında bildirib.
Deputat vurğulayıb ki, İran sərhədlərindən silahlar daşınır.
www.anews.az

"İran nədən susur. 44 günlük müharibədə hər gün bəyanət verən İran sərhədlərindən daşınan silahlardan narahat deyil. İran bu məsələdə cavab verməlidir”, - o əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 