• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilinib- Video

Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilinib- Video
23.04.2024 13:01
Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

Oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs narahatlığa səbəb olub.

Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb.

"Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb”.

Həmçinin bildirilib ki, polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol