• $
  • €
  • ₽
  • ₺
  • £

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01.05.2024 16:10
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. 

Çoxlarının sevimlisi "Poz-Qazan” oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurlu 7” lotereyası Xaçmazda Ülkər Bayramovaya 50 000 manat qazandıraraq uğur gətirib. "Uğurlu 7”də daha bir 10 000 manat Sabirabadda udulub. Saatlıda isə "Qızıl” lotereyasında 25 000 manat şanslı qalibini tapıb.

Novruza özəl limitli sayda satışa çıxmış "Papaq at” lotereyasında da düz 6 ədəd biletdə 10 000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Naxçıvan, Gəncə, Quba və Ağcabədidən alınıb. Qaliblər arasında İsrail İsmayılov və Xəqani Bayramov olub.

Ağcabədidə daha bir 10 000 manatlıq bilet "Bombardir”də Samir Balakişiyevin qismətinə çıxıb. "Zümrüd” lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə nəsib olub. Şəkidə isə "Şans yağışı” lotereyasında 10 000 manat qazanılıb. 

Qeyd edək ki, "Poz-Qazan” oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Misli” və "Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt”dan sifariş vermək mümkündür.









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol