Bu yerlərdə qazın verilişində fasilə yaranacaq

Mayın 30-da Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar mayın 30-da saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























