• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini pisləyib

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini pisləyib
30.05.2024 12:25
Milli Məclis  Niderland Parlamenti Nümayəndələr Palatasını Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa çağırıb. Bu barədə parlamentin yaydığı münasibətdə qeyd olunub. 
 
Bildirilib ki,  Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsi Azərbaycana qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır.

"2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan, beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsi bərpa edildikdən sonra Niderland Parlamenti Azərbaycana qərəzli münasibətini dəfələrlə ifadə edərək müxtəlif qətnamələr qəbul edib.

Hazırda Ermənistanla sülh danışıqlarının aparıldığı və bu istiqamətdə müəyyən ümidverici nəticələrin əldə edildiyi bir şəraitdə Niderland Parlamentində yenidən belə bir sənədin ortaya çıxması siyasi bəsirətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsidir. Təəssüf doğuran haldır ki, Niderland Parlamentinin üzvləri Azərbaycan torpaqlarının işğal altında saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmamış, işğalçı ölkəni aşkar və ya gizli surətdə dəstəkləməyə üstünlük veriblər, bu gün isə Azərbaycana qara yaxan, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, uzun illər münaqişədə olmuş iki dövlət arasında normallaşma prosesinə zərbə vuran, revanşizmə rəvac verən bir hərəkəti özlərinə rəva görürlər.

Nəzərə alınmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi digər dövlətlər kimi Niderland Krallığının da beynəlxalq öhdəliklərindən biridir. Digər tərəfdən, bu cür aksiyalar təkcə Cənubi Qafqaz regionunun deyil, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına ziddir.
Niderland Parlamentinin Nümayəndələr Palatasında sözügedən qətnamənin müzakirəsi zamanı xarici işlər naziri Hanke Brüins Slotun deputat sorğusunun cavabında səsləndirdiyi qeyri-adekvat fikirlər, onun Azərbaycan barəsində əvvəllər də irəli sürdüyü əsassız ittihamlar bu ölkənin icra orqanlarının parlament deputatlarının təxribat xarakterli fəaliyyətinə göz yumduqlarını və bu cür fəaliyyəti əslində təşviq etdiklərini göstərir. Bütün bunlar Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir və sülh gündəliyinin həyata keçirilməsi səylərinə ciddi maneçilik törədir. Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa, bölgədə artıq tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq niyyətindən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırırıq", - parlamentin münasibətində vurğulanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol