Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

2023-2024-cü il tədris ilində ali təhsil müəssisələrində 6680 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ili ilə müqayisədə 7,3% çoxdur. Bu barədə DStatistika Komitəsinin hesabatında qeyd olunub.
Azərbaycanda təhsilə üz tutan alan əcnəbi tələbələrdən 3021-i Türkiyə, 1069-u İran vətəndaşıdır.
Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr əsasən Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, Rusiya, Pakistan, Suriya, Qazaxıstan, İraq və s. vətəndaşlarıdır.
Bu tədris ilində dövlət xətti ilə 997 azərbaycanlı xaricdə təhsil alır ki, bu da ötən tədris ili ilə müqayisədə 7 nəfər azdır.
Xaricdə təhsil almaq istəyənlər daha çox Türkiyə(405) ,Macarıstan(291) və Rusiyaya (213) üz tutub.
Aygün
www.anews.az
Son xəbərlər 
Daha çox 























