• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilib

Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilib
13.06.2024 15:10
"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

Bu barədə ADY xəbər verir.

Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni "Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol