• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan universitetləri Avropanın ən yaxşı universitetləri reytinqində möhkəmlənib

Azərbaycan universitetləri Avropanın ən yaxşı universitetləri reytinqində möhkəmlənib
10.07.2024 18:37
QS Quacquarelli Symonds ali təhsil sahəsində beynəlxalq analitik agentliyi bu gün Avropa Şurasına üzv ölkələrin ali təhsil müəssisələrinin daxil olduğu Avropanın ən yaxşı universitetləri reytinqinin ikinci buraxılışını - QSEuropeUniversityRankings-i dərc edib.

Azərbaycan bu reytinqdə doqquz universitetlə təmsil olunub. Onlardan yeddisi son mövqelərini yaxşılaşdırıb və bir universitet reytinqə girib. 

Ölkənin aparıcı ali təhsil müəssisələri "Akademik reputasiya” və "İşəgötürənlər arasında nüfuz”  göstəriciləri üzrə yüksəliş göstəriblər. Bu göstəricilərə görə, istisnasız olaraq Azərbaycanın bütün universitetləri öz nəticələrini yaxşılaşdırıblar. Azərbaycanın iki universiteti  - Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), "Akademik Reputasiya”ya görə, Avropanın ən yaxşı 200 universiteti sırasındadır. 

Azərbaycan universitetləri ən inandırıcı nəticələri "Müəllim-şagird nisbəti”ndə nümayiş etdiriblər ki, bu da təhsil mühitinin yüksək keyfiyyətini, tədris və təlim üçün zəruri olan resursların mövcudluğunu göstərir. Bu göstəriciyə görə, Azərbaycanın iki universiteti - Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti - Avropanın 100 ən yaxşı universiteti sırasındadır. 

Azərbaycan universitetlərinin digər rəqabət üstünlüyü məzunlarının işlə təmin olunmasıdır. Ölkə universitetinin üçü "Məzun nailiyyətləri”nə görə Avropanın ən yaxşı iki yüz universiteti sırasına daxil olub.  

"Beynəlxalq Elmi Əməkdaşlıq İndeksi”nə əsasən, Bakı Dövlət Universiteti reytinqə daxil olan Azərbaycan universitetləri arasında ən yüksək yeri tutur. Xəzər Universiteti "Bir nəşrə sitatların sayı”na görə Avropanın ilk iyirmi universiteti sırasındadır ki, bu da reytinqə daxil olan Azərbaycan universitetləri qrupu üzrə bu göstəricinin orta qiymətini artırmağa imkan verir.

Ötən ilin göstəricilərində nəzərəçarpacaq irəliləyişin əldə olunduğu göstəricilərdən biri də "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq” olub ki, bu göstəriciyə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) reytinqdə iştirak edən Azərbaycan universitetləri arasında ən yüksək yeri tutur.

 "Azərbaycanda ali təhsil yüksələn xətt üzrə inkişaf etməkdə davam edir, bunu bir istisna olmaqla, Avropa reytinqlərində iştirak edən bütün Azərbaycan universitetlərinin mövqelərinin yaxşılaşması sübut edir. Ölkə universitetləri həm reputasiya göstəricilərində – akademik reputasiyada, həm də işəgötürənlər arasında reputasiyada əla nəticələrə malikdir”,  -  QS-in baş vitse-prezidenti Ben Souther bildirib. 

QS-in regional direktoru Sergey Xristolyubov isə bildirib ki, Azərbaycanda Qafqaz regionundaki digər iki ölkə ilə müqayisədə daha çox universitet var ki, bu da ölkənin ali təhsilinin Avropada və onun hüdudlarından kənarda artan rəqabət qabiliyyətinin göstəricisidir.
 
Reytinqdə iştirak edən 9 Azərbaycan universitetindən yeddisi öz mövqelərində irəliləyiş əldə edir, ölkənin daha bir universiteti isə ilk dəfə olaraq QS Europe University Rankings-də iştirak edir.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol