• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayı 34% artıb

Azərbaycana gələn turistlərin sayı 34% artıb
22.07.2024 16:16
2024-cü ilin altı ayında Azərbaycana 1231,1 min əcnəbi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur. Bu barədə Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi məlumat yayıb. 
 
Gələnlərin böyük faizi Rusiyanın payına düşüb. 
 
Ümumilikdə ölkəyə dünyanın 179 ölkəsindən səfər olub. 
 
"Gələnlərin 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna,  hər birindən 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarus, 12,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib", - məlumatda deyilir. 
 
Statistikada həmçinin göstərilir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan - 47,0 faiz, Tacikistandan - 45,8 faiz, İtaliyadan - 41,8 faiz, İordaniyadan - 37,6 faiz, Yəməndən - 37,6 faiz, Küveytdən - 37,2 faiz, Türkmənistandan - 36,8 faiz, Bəhreyndən - 34,7 faiz, Polşadan - 34,0 faiz, Misirdən - 29,2 faiz, Özbəkistandan - 26,9 faiz, ABŞ-dan - 23,6 faiz, Ukraynadan - 22,2 faiz, Almaniyadan - 22,1 faiz, Türkiyədən - 21,1 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Fransadan - 15,7 faiz, Gürcüstandan - 13,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1 faiz artıb. 
 
Aytac 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol