• $
  • €
  • ₽
  • ₺
  • £

13 gündür aclıq edən sabiq diplomatın vəziyyəti necədir?

13 gündür aclıq edən sabiq diplomatın vəziyyəti necədir?
05.08.2024 11:25
13 gündür aclıq elan edən sabiq diplomat Emin İbrahimovun səhhəti normaldır. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib. 
 
"1 avqust 2024-cü il tarixdə Ombudsmanın tapşırığı əsasında MPQ üzvləri tərəfindən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bəzi təqsirləndirilən şəxslərlə yanaşı, informasiya sorğunuzda barəsində bəhs edilən Emin İbrahimov da fərdi qaydada qəbul edilib, müraciəti dinlənilib. Ona Ombudsmanın səlahiyyətləri və müraciət imkanları barədə izahat verilib.
Emin İbrahimovun sağlamlıq vəziyyəti daimi həkim nəzarətindədir. Səhhəti normaldır", - sorğu cavabında qeyd olunub. 
 
Emin İbrahimov iyulun 22-də adam bıçaqlamaq şübhəsi ilə saxlanılıb. 
 
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
 
Sabiq diplomat hazırda 4 ay müddətinə həbs olunub. Həbsinə etiraz olaraq İbrahimov 13 gündür aclıq elan edir. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol