• $
  • €
  • ₽
  • ₺
  • £

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb
27.09.2024 12:49
Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Proqramlarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar:


1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):


Azərbaycan dili
Riyaziyyat
Xarici dillər
2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):


Русский язык
Математика
Иностранные языки
Azərbaycan dili (dövlət dili)
3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):


Azərbaycan dili
Riyaziyyat
Xarici dillər
4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):


Русский язык
Математика
Иностранные языки
Azərbaycan dili (dövlət dili)
Əvvəlcədən məlumat verildiyi kimi, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Yeni modelə dair tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8-9-cu sinif dərsliklərinə uyğun hazırlanmış "Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.


Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modeli tətbiq ediləcək.


Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.


Yaxın vaxtlarda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının modellərinə uyğun otk.az portalı üzərindən sınaq imtahanları keçiriləcək (ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə xarici dil fənlərindən yeni model tətbiq edilməklə) və sınaq variantları kitab şəklində çap olunacaq.


Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilib.


Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları "Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol