• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir!

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir!
17.12.2024 17:37
İnnovativ maliyyə həlli olan akart beynəlxalq ödəniş sistemi Visa və Milli İncəsənət Muzeyi ilə birlikdə yeni kart dizaynlarını təqdim edir. Bu tərəfdaşlıq çərçivəsində Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və Azərbaycanın digər görkəmli rəssamlarının sevilən əsərləri indi akart üzərində əks olunur.

Mədəni irsimizin daha geniş auditoriyaya tanıdılmasına yönəlmiş layihə milli incəsənət nümunələrinin istifadəçilərin gündəlik həyatına inteqrasiyası üçün də xüsusi imkan yaradır.

A-Solutions Elektron Pul Təşkilatının Baş İcraçı Direktoru Həsən Həsənov vurğuladı: "Bu layihəni ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan mədəniyyətinin zənginliyini müasir maliyyə texnologiyaları vasitəsilə təbliğ etməkdir. Ümid edirəm ki, layihə həm istifadəçilərimiz, həm də incəsənət həvəskarları tərəfindən yüksək qiymətləndiriləcək, qabaqcıl və müasir maliyyə həllərimiz isə milli incəsənət nümunələri ilə birgə hər an, hər yerdə hamı üçün əlçatan olacaq.”

Layihənin tərəfdaşı Visa-nın regional direktoru Nurlan Hacıyev qeyd etdi: "A-Solutions və Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edərək bu xüsusi kart dizaynlarını ərsəyə gətirməkdən məmnunluq duyuruq. Bu əməkdaşlıq təkcə istifadəçilərimizin maliyyə təcrübəsini yaxşılaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın zəngin mədəni irsini təbliğ edir. İnanıram ki, incəsənətin gündəlik maliyyə əməliyyatlarına inteqrasiyası ölkənin mədəni irsinə olan marağın artmasına da töhfə verəcək.”
Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi akart mobil tətbiqi vasitəsilə edin və milli incəsənətimizi təcəssüm edən innovativ kartlara sahib olun!
Xatırladaq ki, akart "A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən təqdim olunur. Şirkət 16 May 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya əldə edən ilk elektron pul təşkilatı kimi fəaliyyətə başlamışdır. "Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions, yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün bu xidməti əlçatan etməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün:
https://akart.az/



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol