• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil
edəcəklər
19.04.2025 10:56

Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirildi


12-13 aprel tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə
qızlardan ibarət milli olimpiada komandasına seçmə imtahanı baş tutub.


Ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla
yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final
mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verildi.
Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və
bacarıqlarını sınamaq fürsəti əldə etdilər. İki gün davam edən seçim mərhələsi zamanı
iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş
etdirdilər.


Seçmə imtahanının nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri müəyyən edilib.
Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-
cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-
Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla
Hacızadə daxil olublar. Qızlar ölkəmizi 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində
keçiriləcək EGOI 2025-də təmsil edəcəklər. 


Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və
peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn
olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil
İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan
ibarət milli olimpiada komandası da şirkətin dəstəyilə xüsusi hazırlıq dərslərinə qatılır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol