• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
25.04.2025 19:15

Azercell, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə
həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu
uğurla başa çatdı.


Onlayn formatda keçirilən ilk mərhələdə 4000-ə yaxın 6-7-ci sinif şagirdi iştirak edib.
Bunlardan 216-sı növbəti mərhələyə keçid hüququ qazanıb.


Seçim mərhələsinin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
//azercellcup.org/competition/115/leaderboard
Müsabiqənin ikinci mərhələsi may ayının 3-ü, final isə iyun ayının 7-si baş tutacaq.
Ən yüksək nəticə göstərən 30 iştirakçı üçün bu  sahədə bilik və bacarıqlarının inkişaf
etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən
məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və
ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı əldə edəcəklər.


Qeyd edək ki, “Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir və əsas məqsədi
məktəblilərin rəqəmsal texnologiyalar, proqramlaşdırma, kompüter mühəndisliyi və
informatika sahələrinə marağını artırmaq, onların elmi və şəxsi inkişafına töhfə
verməkdir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol