• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə 28 otaqlı yeni sümük iliyi transplantasiyası mərkəzi istifadəyə verilib

Ölkədə 28 otaqlı yeni sümük iliyi transplantasiyası mərkəzi istifadəyə verilib
20.11.2025 13:18

Azərbaycanda 28 otaqlı yeni sümük iliyi transplantasiyası mərkəzi istifadəyə verilib. Bunu Yeni Klinikanın rəhbəri Barat Yusubov deyib.

“Klinikanın əsas strateji məqsədi ölkədə mövcud olmayan və ya məhdud şəkildə təqdim olunan tibbi xidmətləri yaratmaq və inkişaf etdirməkdir. Bu istiqamətdə təbibin ümumi strategiyasına uyğun olaraq bir sıra yeni xidmətlər artıq istifadəyə verilib. İndiyə qədər klinikada ürək-damar cərrahiyyəsi, invaziv radiologiya və robotik reabilitasiya kimi sahələrdə vacib layihələr uğurla həyata keçirilib. Bu xidmətlər mərkəzin uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir”,-o bildirib.

 Klinika rəhbəri əlavə edib ki, hazırda Azərbaycanda sümük iliyi transplantasiyası üzrə yalnız bir mərkəz fəaliyyət göstərirdi və orada cəmi 6 transplantasiya otağı mövcud idi. 

“Xəstələr bu otaqlarda 3–6 ay müddətində qalmalı olduğundan ölkənin ehtiyaclarını ödəmək mümkün olmurdu. Hər il 150–200 nəfərin sümük iliyi köçürülməsinə ehtiyacı yaranırdı və bu səbəbdən xəstələrin bir qismi dövlət, Heydər Əliyev Fondu və müxtəlif xeyriyyə təşkilatlarının dəstəyi ilə müalicə üçün xaricə göndərilirdi. Bu isə həm ağır maliyyə yükünə, həm də müalicə prosesində ciddi çətinliklərə səbəb olurdu. Bu problemləri aradan qaldırmaq məqsədi ilə Yeni Klinika genişmiqyaslı sümük iliyi transplantasiyası mərkəzi qurub. Artıq inzibati binanın 15-ci mərtəbəsi tam şəkildə bu işə ayrılıb və 1200 kvadratmetrlik sahədə 22 yeni transplantasiya otağı yaradılıb”,- o vurğulayıb.

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol