• $
  • £

Ötən il fermerlərə nə qədər sığorta ödənişi edilib? - Rəsmi

Ötən il fermerlərə nə qədər sığorta ödənişi edilib? - Rəsmi
14.01.2026 15:35

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib. Bu göstərici 2024-cü illə müqayisədə 44%, 2023-cü illə müqayisədə isə 2,1 dəfə çoxdur. Bu barədə Aqrar Sığorta Fondundan bildirilib. 

Hesabat ilində bitkiçilik sahəsində baş verən hadisələrə görə fermerlərə 8,8 milyon manat ödənilib ki, bu da 2024-cü illə müqayisədə 70%, 2023-cü illə müqayisədə isə 2,5 dəfə artım deməkdir.

Müqayisə üçün, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirmişdi.

Fondun məlumatına əsasən, 2025-ci ildə sığortalanan 41 bitki növündən 26-sı üzrə ödəniş aparılıb. Ən böyük məbləğ taxıl sahələrinin payına düşüb: buğda və arpa üzrə ödənişlər 5 milyon 175 min manat təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 63% və ya 2 milyon manat çoxdur.

Pambıq sahələri üzrə ödənişlər 958 min manat olub, bu da illik müqayisədə 8% artım deməkdir. Taxıl və pambıqdan sonra ən çox sığorta ödənişi şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm və ərik sahələri üzrə həyata keçirilib.

Heyvandarlıq təsərrüfatlarında baş vermiş zərərlərə görə isə 2025-ci ildə 394 min manat sığorta ödənişi edilib.

Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə fəaliyyət göstərir. Fermerlər üçün sığorta haqqının 50%-ni dövlət ödəyir, bu da əkin sahələrinin və təsərrüfatların aşağı xərclə sığortalanmasına imkan yaradır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub
Cəmiyyət 19:29
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub
Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb
Cəmiyyət 17:48
Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Cəmiyyət 15:31
Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb
Cəmiyyət 14:19
Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb
Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:26
Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var
Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Cəmiyyət 13:07
Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Cəmiyyət 12:33
Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Cəmiyyət 10:04
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var
Cəmiyyət 20:45
Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol